Təhsil Nazirliyi: İkili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb

Təhsil Nazirliyi: İkili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb Koreya Respublikasının INHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə sənəd qəbulunun müddəti sentyabrın 8-dək uzadılıb.
Bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə INHA-dakı təhsil ili üçün əlavə olaraq Koreya dili tədris ediləcək.
İkili diplom proqramı ilə bağlı əlavə məlumatla nazirliyin saytında verilmiş elan vasitəsilə tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər