İkili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb

İkili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə sənəd qəbulunun müddəti uzadılıb.
Sənəd qəbulu sentyabrın 10-u saat 12:00-dək davam edəcək.
Qeyd edək ki, bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq Koreya dili tədris ediləcək.
İkili diplom proqramı ilə bağlı əlavə məlumatı Təhsil Nazirliyinin saytında yerləşdirilmiş elan vasitəsilə almaq olar.

Tehsil-press.az

Oxşar xəbərlər