Koreya Respublikası İnha Universitetinin nümayəndə heyəti Təhsil Nazirliyində

Koreya Respublikası İnha Universitetinin nümayəndə heyəti Təhsil Nazirliyində Yanvarın 31-də Təhsil naziri Ceyhun Bayramov Koreya Respublikasının İnha Universitetinin Qlobal təhsil layihələri qrupunun dekanı Kiyon Çöhün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti arasında mühəndislik ixtisas istiqaməti üzrə beynəlxalq ikili diplom proqramının təsis edilməsi istiqamətində müzakirələr aparılıb. Bu məqsədlə iki universitet arasında imzalanmış anlaşma memorandumu yüksək qiymətləndirilib.
Görüşdə Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər