Niderland 17 rusiyalı diplomatı ölkədən çıxarır

Niderland 17 rusiyalı diplomatı ölkədən çıxarır Niderland Rusiya nümayəndəlikləri yanında diplomat qismində akkreditə olunmuş 17 nəfəri ölkədən çıxarır.
Bu barədə Niderland Xarici İşlər Nazirliyinin martın 29-da yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, Rusiyanın Niderlanddakı səfiri bu gün XİN-ə çağırılıb və 17 kəşfiyyat zabitinin ölkədən çıxarılması barədə məlumatlandırılıb. Nazirlikdən bildiriblər ki, buna əsas verən Niderlanddakı Rusiya nümayəndəlikləri yanında diplomat qismində akkreditə edilmiş həmin şəxslərin gizli şəkildə kəşfiyyat fəaliyyəti həyata keçirmələri barədə daxil olmuş informasiyadır.

Tehsil-press.az


Oxşar xəbərlər