Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azərbaycan Respublikasının iqtisadi rayonlarında davamlı inkişafın coğrafi problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə çıxış edən Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova iqtisadi rayonların coğrafi tədqiqatının önəminə diqqət çəkib, bu istiqamətdə tələbələrin elmi fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Coğrafiya fakültəsi TEC-in fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Fakültə TEC-in sədri İmran Bayramov yeni layihələr, “Ekvatordan qütblərə” jurnalı barədə çıxış edib.
Plenar iclasda professor Məqsəd Qocamanov, dosentlər Həbibə Soltanova, Saleh Nağıyev iqtisadi rayonlarda müxtəlif sahələrin inkişafına diqqəti çəkərək, tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasının əhəmiyyətini vurğulayıblar.
Tədbirdə tələbələrin “Qarabağın turizm sahəsində əhəmiyyətli rolu”, “Qarabağda su ehtiyatlarının davamlı inkişafı”, “İnsanların Yer kürəsində qeyri-bərabər paylanması və məskunlaşmaya təsir göstərən əsas amillər”, “Azərbaycan Respublikasının iqtisadi siyasəti” mövzularında məruzələri dinlənilib.
Konfrans bölmə iclasları ilə davam edib.
Tehsil-press.az