BDU-da Azərbaycanın qızıl yataqlarının mənimsənilmə perspektivləri öyrənilir

BDU-da Azərbaycanın qızıl yataqlarının mənimsənilmə perspektivləri öyrənilir Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Azərbaycanın qızıl yataqları, əmələgəlməsi, yerləşmə qanunauyğunluqları və mənimsənilmə perspektivləri” mövzusunda elmi seminar olub.
Tədbirdə fakültənin dekanı Mamoy Mansurov mövzunun əhəmiyyətini vurğulayıb.
Faydalı qazıntılar kafedrasının professoru Şəhla Abdullayevanın mövzu üzrə məruzəsi dinlənilib. O, respublikada əlvan metal hasilatının əsas istismar obyektləri olan Çovdar və Gədəbəy yataqlarının ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. Bu məqsədlə hər bir yatağın ayrılıqda geoloji-genetik modellərinin əsasları təhlil olunub və digər qızıl yataqlarının geoloji xüsusiyyətləri ilə müqayisə edilib.
Ş.Abdullayeva ölkənin ayrı-ayrı zonalarında yerləşən qızıl yataqlarının mənimsənilmə baxımından ardıcıllığını əsaslandırıb, filizlərin ehtiyatının artırılma yollarını göstərib.
Eyni zamanda, əldə olunmuş nəticələrin tətbiq sahələri müzakirə edilib.
Akademik Vasif Babazadə seminarda qaldırılan məsələlərin strateji əhəmiyyət kəsb etdiyini, respublikanın dağ-mədən sənayesinin inkişafına ciddi təkan verəcəyini bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər