BDU-da seminar: Azərbaycanın faydalı qazıntılarının formalaşma şəraiti və perspektivliyi

BDU-da seminar: Azərbaycanın faydalı qazıntılarının formalaşma şəraiti və perspektivliyi Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində Faydalı qazıntılar kafedrasının təşkilatçılığı ilə II kurs magistrantların “Azərbaycanın faydalı qazıntılarının formalaşma şəraiti və perspektivliyi” mövzusunda onlayn elmi seminar keçirilib.
Tədbiri açan Faydalı qazıntılar kafedrasının professoru Nazim İmamverdiyev seminarın işinə uğurlar arzulayıb.
Seminarda magistrantların “Kasdağ-Köhnə mədən zonasının maqmatik komplekslərinin petrologiyası”, “Tufan struktur-formasiya zonasında əlvan metal filizləşməsinin formalaşma şəraiti və perspektivliyi”, “Daşkəsən filiz rayonunda nəcib metal filizləşməsinin formalaşmasının geoloji-struktur şəraiti və perspektivlik kriterləri”, “Ordubad filiz rayonunda kolçedan-polimetal filizləşməsinin formalaşma şəraiti və perspektivliyinin qiymətləndirilməsi” mövzularında məruzələri dinlənilib.
Elmi seminar mövzular ətrafında fikir mübadiləsi ilə başa çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər