“Təhsil masası” adlı həftəlik brifinqlər keçiriləcək

“Təhsil masası” adlı həftəlik brifinqlər keçiriləcək Təhsil Nazirliyi "Təhsil masası" adlı həftəlik brifinqlər təşkil edəcək.
Məqsəd mediadan ünvanlanan sualların operativ cavablandırılması, həftə ərzində daha çox müraciət edilən məsələlərə aydınlıq gətirilməsidir.
İlk həftəlik brifinq aprelin 6-da saat 10:00-da nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
“Təhsil masası”nın budəfəki mövzusu 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı ilə bağlıdır.

Tehsil-press.az


Oxşar xəbərlər