Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kembric Mərkəzi Asiya Forumunun direktoru, Böyük Britaniyanın Kembric Universitetinin professoru Montu Saksena və nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalov, elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdət Həsənov iştirak ediblər.
ADNSU-da olmaqdan məmnunluğunu bildirən professor Montu Saksena Kembric Universitetinin, o cümlədən Kavendiş laboratoriyasının fəaliyyəti çərçivəsində müxtəlif sahələrdə ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə, həmçinin ADNSU-nun Kembric Universiteti ilə əməkdaşlıq əlaqələri, xüsusilə onların təcrübəsinin ADNSU-da tətbiq olunması barədə fikir mübadiləsi aparılıb. Doktorantura hazırlığında universitetlər arasında birgə iş aparılması, dissertasiya işlərinə ikili rəhbərlik və digər mövzular müzakirə edilib. ADNSU-nun ingilis dilli ixtisaslarında təhsil alan tələbələrin Kembric Universitetində dövlət xətti ilə təhsillərini davam etdirməsi, digər istiqamətlərdə qarşıda duran vəzifələr və perspektiv proqramlar müzakirə edilib və razılığa gəlinib.
Tehsil-press.az