“SOCAR KBR” MMC-nin mütəxəssislərinin tələbələrlə görüşü

“SOCAR KBR” MMC-nin mütəxəssislərinin tələbələrlə görüşü “SOCAR KBR” MMC-nin mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələr ilə görüş keçiriblər.
ADNSU-nun Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova tədbirin əhəmiyyətini vurğulayıb.
Görüşdə “SOCAR KBR” MMC-nin əməkdaşları Əfsanə Çopurova, Münəvvər Əliyeva, Fuad Bədirxanov və Ülvi Fətullayev çıxış ediblər.
Tələbələr şirkət haqqında, buradakı iş mühiti, sosial fəaliyyət və müəssisənin gənclərə yaratdığı imkanlar barədə məlumatlandırılıb. Bununla yanaşı, “Sətəm mühəndisliyi” və sətəmin prinsipləri”, “Gender bərabərliyinin önəmi”, “Gələcək karyera üçün özünü inkişafın əhəmiyyəti” mövzularından danışılıb. Şirkətin əməkdaşları şəxsi təcrübələrini bölüşüb, karyerada uğur qazanmağın və bacarıqları inkişaf etdirməyin yolları, eləcə də mühəndis ixtisası üzrə təcrübə toplamağın önəmindən söz açıblar.
Daha sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər