Zəfərə aparan yol: Aprel döyüşləri

Zəfərə aparan yol: Aprel döyüşləri Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura şöbəsi və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası “Zəfərə aparan yol: Aprel döyüşləri” mövzusunda dəyirmi masa keçirib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov, kafedranın müdiri dosent Sevdagül Əliyeva, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Qorxmaz Mustafayev Ermənistanın təxribatçı siyasətindən, Aprel döyüşlərinin əhəmiyyətli nəticələrindən danışıblar.
Tədbirdə “Ermənistanın Aprel təxribatının arxasında duran məqsədlər”, “Azad olunan ərazilər və onların strateji əhəmiyyəti”, “Aprel döyüşlərinin Britaniyanın beyin mərkəzləri tərəfindən təhlili”, “Aprel döyüşləri kontekstində Azərbaycan–İsrail strateji münasibətləri” və “Şəhid Pəncəli Teymurovun hərbi həyat yolu” mövzularında məruzələr dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər