Azərbaycan Texniki Universiteti Avropanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Texniki Universiteti Avropanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları - dosent Ərəstun Məmmədov, Fariz Əmirov Almaniyada və Çexiyada işgüzar səfərdə olublar.
Alimlər səfər çərçivəsində Almaniyanın Brandenburg Texniki Universitetində (BTU) və Çexiyanın Liberec Texniki Universitetində (LTU) bir sıra görüşlər keçirib, elmi məruzələrlə çıxış ediblər.
Görüşlər zamanı avropalı elm adamlarına AzTU-da son illər aparılan elmi işlər, ölkəmizdə texniki elmin inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlər haqqında geniş məlumat verilib. Vurğulanıb ki, dövlətimizin başçısının imzaladığı Strateji Yol Xəritəsində texniki təhsil ayrıca istiqamət kimi göstərilir və bu sahənin qarşıdakı illərdə inkişaf etdirilməsi üçün konkret hədəflər qoyulub.
AzTU-nun əməkdaşları təmsil etdikləri universitetdə aparılan elmi tədqiqat işləri haqqında danışıblar.
Müzakirələr zamanı BTU-nun tələbəsi tədrisini bir semestrlik AzTU-da davam etdirmək istəyini bildirib. AzTU ilə BTU arasında mövcud tələbə mübadiləsi proqramına əsasən həmin tələbənin istəyinə müsbət cavab verilib.

AzTU-nun Mətbuat Xidməti


Azərbaycan Texniki Universiteti Avropanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

Oxşar xəbərlər