BDU-da elmi seminar: Lazerlərin inkişaf mərhələləri

BDU-da elmi seminar: Lazerlərin inkişaf mərhələləri Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin “Lazerlərin inkişaf mərhələləri” mövzusunda elmi seminarı keçirilib.
Seminarda Yarımkeçiricilər fizikası kafedrasının müdiri professor Vaqif Salmanov mövzu ilə bağlı çıxış edib. O qeyd edib ki, atom enerjisi və kompüter texnologiyası ilə yanaşı, lazerlər ötən əsrin ən mühüm kəşflərindən biri olub. Fiziki xassəsi Albert Eynşteynin 1916-cı ildə kəşf etdiyi məcburi şüalanma hadisəsinə əsaslanan lazerlər klassik işıq şüalarından yüksək monoxromotikliyi, paralelliyi və böyük intensivliyi ilə fərqlənir.
Məruzədə lazer şüalarının fiziki əsası və işləmə prinsipi, lazerlərin növləri (bərk, maye, qaz, yarımkeçirici), tətbiq sahələri, lazer fizikasının hazırkı vəziyyəti, Yarımkeçiricilər fizikası kafedrasında qeyri-xətti optik hadisələr sahəsində aparılan nəzəri və praktik tədqiqatlar, xüsusilə laylı yarımkeçirici kristallarda eksiton effekti, optik parametrlərin (udma və sındırma əmsallarının) lazer şüaları ilə dəyişməsi haqqında məlumat verilib.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər