Avqustun 20-də görkəmli alim, Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyi tamam olur.
1918-ci il avqustun 20-də Culfa rayonunun Yaycı kəndində anadan olan Həsən Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini qoymaqla yanaşı, bu elm sahəsinin inkişafının başlıca istiqamətlərini də müəyyənləşdirib. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr verib, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasında təqdirəlayiq fəaliyyət göstərib.
Azərbaycanda bərk cisim fizikası məktəbinin banisi akademik Həsən Abdullayev Naxçıvan, Gəncə və Şəki elmi mərkəzlərinin yaradılmasının təşəbbüskarı olub. Görkəmli alim onlarla elmlər doktoru, elmlər namizədi yetişdirərək respublikamızda və onun hüdudlarından kənarda Azərbaycan yarımkeçiricilər fizikası məktəbinin nəyə qadir olduğunu sübuta yetirib. O, nailiyyətlərinə görə 1971-ci ildə akademik S.Vavilov adına qızıl medal ilə təltif olunub. Azərbaycan dilində ilk elmi kitabın (1952-ci il), 20-dən çox monoqrafiyanın, 500-dən çox ixtiranın, onlarla dərsliyin, mindən çox elmi məqalənin müəllifi olan Həsən Abdullayevin iki ixtirası ABŞ-da və Fransada patent alıb.
Görkəmli elm xadimi müasir Azərbaycan elminin tarixində yarımkeçiricilər fizikası sahəsində dəyərli tədqiqatlar aparıb və özündən sonra bu işi uğurla davam etdirən onlarla istedadlı fiziki birləşdirən məktəb yaradıb. Bu məktəbin yetirmələrinin yarımkeçiricilər fizikası sahəsində əldə etdiyi elmi nəticələr dünyanın məşhur alimləri tərəfindən təsdiqlənib. Azərbaycanın istedadlı fizikləri və mütəxəssisləri bu məktəbin yetirmələri olublar.
Akademik Həsən Abdullayev ötən əsrin 1970-1980-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ümummilli strateji vəzifələrin, o cümlədən elmi quruculuq işlərinin həyata keçirilməsində AEA-nın prezidenti kimi ən fəal mövqedə duran şəxslərdən biri olub. O, bu elm mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi, akademiya institutlarında fundamental tədqiqatların genişləndirilməsi, elmi nəticələrin nəzəri cəhətdən yüksək səviyyədə işlənməsi ilə yanaşı, respublikanın müxtəlif təbii sərvətlərinin daha dərindən öyrənilməsi və elmin iqtisadi səmərəsinin artırılmasına yönəldilən kompleks tədqiqatlara da üstünlük verib. O, tükənməz enerjisi, məqsədyönlü fəaliyyəti ilə daim gənclərə örnək olub. Akademik Həsən Abdullayev ixtisasından asılı olmayaraq gənc alimlərin fəaliyyəti ilə həmişə maraqlanıb, onlara qayğı, maddi və mənəvi yardım göstərilməsini özünə borc hesab edib. Alim ömrünün 50 ilindən çoxunu yarımkeçiricilər fizikasına və biofizikaya həsr edib, bu sahə üzrə yüksək elmi kadrlar hazırlayıb.
Dünya şöhrətli alim 1993-cü il sentyabrın 1-də ömrünün 75-ci baharında Bakıda vəfat edib. Akademik Həsən Abdullayevi tanıyanlar onu parlaq şəxsiyyət, görkəmli alim kimi daim xatırlayırlar.
Tehsil-press.az