Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov bu il İnstitutun magistratura pilləsinə qəbul olan bakalavrlarla görüşüb. Görüşdə elmi işlər üzrə direktor müavini akademik Cavad Abdinov, İnnovasiya və transfer üzrə direktor müavini Ayaz Bayramov, Həmkarlar Komitəsinin sədri Sitarə Bağırova, İnnovasiya sektorunun rəhbəri Şıxəmir Eminov və Təhsil şöbəsinin müdiri Abasət İsayev iştirak edib. Akademik Nazim Məmmədov Fizika İnstitutunun tarixi, burada aparılan elmi tədqiqatlar haqqında məlıumat verib. Bildirib ki, magistrantların hər birindən fizika sahəsində elmi və dil biliklərinin yüksək olması tələb olunur. O, yeni qəbul olunmuş magistrantlara təklif olunan dissertasiya işlərinin mövzuları ilə tanış olub və tövsiyyələrini verib.
Sonda magistrantlara dərslərində məsuliyyətli, çalışqan olmaq arzu olunub. Bildirilib ki, müdiriyyət onlara dəstək olmağa, hər cür köməklik göstərməyə hazırdır.
2020\2021-ci il tədris ilində AMEA Fizika İnstitutunun magistratura pilləsinə nəzəri və riyazi fizika, kvant elektronikası, bərk cisimlər fizikası, bioloji sistemlər fizikası, yarımkeçiricilər fizikası, nanoelektronika ixtisasları üzrə 6 nəfər qəbul olunub.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutu
AMEA Fizika İnstitutu