Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbdə yaradılmış “IXUN” Lazer Mərkəzinin təqdimat mərasimi keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı Lazer Mərkəzinin fəaliyyətindən, burada görülən işlərdən söz açıb, lazer başlıqlı robotlar, onların iş prinsipləri və funksiyaları haqqında məlumat verib. Mərkəzin ötən ilin iyununda açıldığını bildirən rektor onun ilkin mərhələdə tədris obyekti kimi fəaliyyət göstərdiyini, tələbələrə bu sahədə biliklərin verilməsinin nəzərdə tutulduğunu söyləyib.
Qeyd edilib ki, bu ildən universitetdə kadr hazırlığını təmin etmək məqsədilə təkrar emal və bərpa texnologiyası ixtisası tədris olunur. Bu sahə üzrə universitetdə 15 mütəxəssis hazırlanıb. Həmin kadrların hazırlanmasında ADNSU-nun müəllimlərinin və xarici alimlərin rolu olduğunu deyən rektor bildirib ki, bu mütəxəssislər Azərbaycanda lazer texnologiyası ilə bağlı bütün işləri həyata keçirəcəklər.
Almaniyanın “IXUN” lazer şirkəti ilə tərəfdaş olduqlarını söyləyən M.Babanlı deyib: “Yeyilmiş səthləri bərpa etmək üçün nəzərdə tutulan lazer başlıqları neft və yüngül sənayedə, eləcə də kənd təsərrüfatında avadanlığın bərpası üçün istifadə oluna bilər. Mərkəzin yaradılmasının məqsədi ADNSU-da müasir texnologiyaya əsaslanmış istehsal sənayesini qurmaq, ölkəmizdə yeni robot lazer başlıqlarının istehsalına başlamaq və sənaye müəssisələrinə xidmətlər göstərməkdir”.
Lazer Mərkəzinin rəhbəri Xudaverdi Kərimov “Lazer şüalanma ilə hissələrin səthi emalı (örtükçəkmə və bərkitmə)” mövzusunda təqdimatla çıxış edib. O, lazerlə örtükçəkmənin prinsipi, üstünlükləri, bərkitmənin prinsipi və s. haqqında məlumat verib, ADNSU ilə əməkdaşlıqdan söz açıb.
Tədbirdə Lazer Mərkəzindəki iş prosesinin monitor vasitəsilə canlı translyasiyası həyata keçirilib.
Sonra iştirakçılar lazer texnologiyaları ilə tanış olublar.
Məlumat verilib ki, ADNSU-nun Lazer Mərkəzi bir ildir fəaliyyət göstərir. Bu qurumun təhsil mərkəzi kimi fəaliyyəti ilə yanaşı, lazımi nəzəri baza və biliklərə yiyələndikdən sonra burada iqtisadiyyatın və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlığın təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda, lazer başlıqlarının istehsalının təşkili nəzərdə tutulub.
Hikmət Əliyev