Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və Elmi Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin “Heç demirsən Ələsgərim hardadır?!” kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən kitabın elmi redaktoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor İsmayıl Məmmədli Azərbaycan Prezidenti İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının əhəmiyyətini vurğulayıb. O, ötən il Aşıq Ələsgərin yubileyinin ölkə miqyasında geniş şəkildə qeyd olunduğunu xatırladıb.
İ.Məmmədli təqdim olunan kitabın məziyyətlərindən danışıb.
BDU-nun Filologiya fakültəsinin professoru Ülkər Nəbiyeva, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova, Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Elmi Kitabxananın direktoru Nigar İsmayılova təqdim olunan “Heç demirsən Ələsgərim hardadır?!” kitabının Aşıq Ələsgər irsinin tədqiqinə layiqli töhfə olduğunu bildiriblər.
Tehsil-press.az