BDU-da Mediasiya Şurasının üzvləri ilə görüş

BDU-da Mediasiya Şurasının üzvləri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Mediasiya Şurasının üzvləri ilə görüş keçirilib.
Sosial iş kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə çıxış edib. O, Şura ilə BDU arasında əməkdaşlıqdan, mediasiyanın inkişaf perspektivindən, sosial iş ixtisasında təhsil alan tələbələrin könüllü kimi fəaliyyətinin zəruriliyi, eləcə də onların gələcəkdə mediasiya qurumlarında çalışmaq imkanlarından danışıb.
Şuranın işçi qrupunun rəhbəri İlhamə Həsənova sosial işçilərin mediasiya qurumlarına verə biləcək töhfələr, müvafiq sistemdə iş mexanizmi barədə fikirlərini bölüşüb.
Sonra müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb. Tələbələrə müxtəlif kitablar hədiyyə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər