Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Psixologiya departamentinin koordinatoru Mələk Kərimova, İnkişaf mərkəzinin layihə meneceri Səbinə Quluyeva və MBA mediasiya ixtisasının tələbəsi Qasım Şalıyev bu ali məktəbin tərəfdaş olduğu “Erasmus+ Mediats” layihəsi çərçivəsində Ukraynanın Krok Universitetində keçirilən görüşdə iştirak ediblər.
Ceyhun Məmmədov layihə çərçivəsində yaradılmış mediasiya ixtisası üzrə MBA proqramı, onun inkişaf və nəticələrinə həsr olunmuş təqdimatla çıxış edib.
Sonra Qasım Şalıyev rəhbərlik etdiyi Mediasiya Şurasının ixtisas komissiyasının iş fəaliyyəti ilə bağlı məlumat verib.
İnkişaf Mərkəzinin layihə meneceri Səbinə Quluyeva isə layihə çərçivəsində görülmüş işlər və növbəti 1 il ərzində planlaşdırılmış işlər haqqında hesabatla çıxış edib.
Hibrid şəkildə təşkil olunan 4 günlük görüşdə 10 tərəfdaş universitetdən (Azərbaycan, Gürcüstan, Ukrayna, Niderland, İspaniya və Latviya) nümayəndələr iştirak ediblər.
Sonda iştirakçılar sertifikatlarla təltif olunublar.
Tehsil-press.az