BDU-da Ağdaban soyqırımı qurbanlarının xatirəsi anılıb

BDU-da Ağdaban soyqırımı qurbanlarının xatirəsi anılıb Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Ağdaban soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə şəhidlərin və Ağdaban soyqırımı qurbanlarının xatirəsi anılıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən ərsəyə gətirilən, Ağdaban soyqırımına həsr olunan sənədli film nümayiş etdirilib. Sənədli filmdə ermənilərin törətdikləri qanlı cinayətin dəhşətləri hadisə şahidlərinin məlumatları və digər tarixi faktlarla öz əksini tapıb.
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan və fakültənin tələbələri çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 1992-ci ilin aprelində ermənilərin törətdikləri Ağdaban soyqırımı insanlığa qarşı ən ağır cinayətlərdən biridir. Soyqırımı zamanı Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi yandırılıb, kəndin 800 nəfərə yaxın sakininə amansız işgəncələr verilib, qocalar, qadınlar, uşaqlar, gənclər vəhşicəsinə öldürülüb. Xeyli insan girov götürülüb və itkin düşüb. Hadisə zamanı ağdabanlı şair Qurbanın və onun oğlu Dədə Şəmşirin nadir və qiymətli əlyazmaları məhv edilib.
Tədbirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində Böyük Zəfər qazandığı qürur hissləri ilə vurğulanıb.

Tehsil-press.az


Oxşar xəbərlər