Dövlət orqanlarında mövcud olan 91 vakant vəzifə üzrə ümumi müsahibələrə başlanılıb

Dövlət orqanlarında mövcud olan 91 vakant vəzifə üzrə ümumi müsahibələrə başlanılıb Bu gündən etibarən fevralın 17-də elan olunmuş ümumi müsahibələrə başlanılıb.
Ümumi müsahibəyə 18 dövlət orqanında mövcud olan 91 vakant vəzifə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 353 namizəddən 288-nin müsahibədə iştirakına razılıq verilib.
Ən yüksək müsabiqə vəziyyəti Hesablama Palatası, Sosial sahələrin auditi şöbəsi, Sosial müdafiə və sosial təminat sahələrinin auditi sektoru, məsləhətçi (1 vakant yer üzrə 17 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq siyasəti və demoqrafiq inkişaf məsələləri şöbəsi, İşçi qüvvəsinin bacarıqlarının inkişafı məsələləri sektoru, məsləhətçi (1 vakant yer üzrə 17 namizəd) üzrə yaranıb.
Müsahibələrin aprelin 11-dən mayın 31-dək keçirilməsi planlaşdırılır.
Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Tehsil-press.az


Oxşar xəbərlər