Fevralın 7-də elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 11 dövlət orqanında mövcud olan 64 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 87 namizəddən 77-nin müsahibədə iştirakına razılıq verilib.
Ən yüksək müsabiqə vəziyyəti Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Ətraf mühitə operativ nəzarət şöbəsi, baş məsləhətçi - müfəttiş (1 vakant yer üzrə 5 namizəd), Maliyyə Nazirliyi, Göygöl rayonu üzrə Maliyyə Şöbəsi, Gəlirlərin və xərclərin proqnozlaşdırılması sektoru, sektor müdiri (1 vakant yer üzrə 5 namizəd) vəzifələri üzrə yaranıb.
Müsahibələrin 2022-ci il martın 11-dən 31-dək olan dövrdə keçirilməsi planlaşdırılır.
Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri məsuliyyətsizlik hesab olunur və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabineti”nin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Tehsil-press.az