Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və “Maqnat” İntellektual Oyunlar Klubunun (İOK) təşkilatçılığı ilə klubun 15 illiyinə həsr olunan
“Maqnat-15” adlı “Brain ring” intellektual yarışı keçirilib.
Yarışda ADNSU-nun 7 fakültəsi, BBA, ZU və “SABAH” qruplarından, eləcə də Azərbaycan-Fransız Universitetindən ümumilikdə 12 komanda iştirak edib.
Gərgin keçən bilik yarışında universitetin İnformasiya texnologiyaları və idarəetmə fakültəsi qalib olub. Kimya texnologiya fakültəsi 2-ci, İqtisadiyyat və menecment fakültəsi isə 3-cü yeri tutub.
ADNSU-nun rektoru professor Mustafa Babanlı gənclərin bilik yarışlarında iştirakının əhəmiyyətini vurğulayıb, klub üzvlərini və yarışın qaliblərini təbrik edib, onlara yeni uğurlar arzulayıb.
Sonra yarışın qaliblərinə hədiyyələr və kubok təqdim edilib.
Tehsil-press.az