Oktyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə həsr olunmuş intellektual oyun keçirilib.
Oyundan əvvəl tələbələr qarşısında çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Yeni Azərbaycan Partiyasının 25 illiyi və dövlət müstəqilliyimizin bərpasının 26-cı ildönümü münasibətilə ölkəmizin hər yerində müxtəlif tədbirlərin keçirildiyini deyib. BSU-da keçirilən intellektual oyunun da həmin tədbirlərin sırasında olduğunu bildirən N.Əliyeva gənclərin elmə, intellektual yarışlara maraq göstərmələrini yüksək qiymətləndirib. Vurğulanıb ki, tələbələrin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin təmin olunmasında bu cür tədbirlərin təşkili vacibdir. BSU-nun tələbələri ilə fəxr etdiyini deyən N.Əliyeva onlara sağlam rəqabət və uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, xoşbəxt gələcəyi yalnız ağıllı, güclü intellekt sahibi olan, vətənpərvər gənclərin sayəsində əldə etmək mümkündür.
Sonra BSU İntellektual Klubunun filologiya və xarici dil müəllimliyi fakültəsi üzrə sədri Şəmsi Məmmədov oyunun qaydaları barədə iştirakçılara məlumat verib.
Oyun universitetin 5 fakültəsi və hər fakültənin müxtəlif komandaları arasında keçirilib. Universitetin filologiya və xarici dil müəllimliyi fakültəsini “Pole Çudes” və “Skorpion”, Azərbaycan filologiyası və jurnalistika fakültəsini “Legion”, “Gənc kimsə” və “İrfan”, pedaqoji fakültəni “Venera”, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsini “DiFai” və “Coker”, tərcümə fakültəsini “Brain Massons” komandaları təmsil edib.
Yarışda “DiFai” komandası birinci yeri, “Coker” komandası ikinci yeri, “Pole Çudes” komandası isə üçüncü yeri tutub.
Tələbələrə diplom və medallar verilib. “DiFai” komandasına isə qalibiyyət kuboku təqdim edilib. İntellektual oyunun lideri BSU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi olub.
BSU-nun Mətbuat xidməti