Erkən nikah və qızların təhsildən yayınma hallarının aradan qaldırılması məqsədilə növbəti maarifləndirici görüş paytaxtdakı 130 nömrəli tam orta məktəbdə keçirilib.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə bu kimi müzakirələrin əhəmiyyətindən, erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, problemin aradan qaldırılması yolları barədə danışıb. Bu istiqamətdə ardıcıl maarifləndirmə tədbirlərinin aparılmasının zəruri olduğunu deyən Xəyalə Əhmədzadə BŞTİ-nin aidiyyəti qurumlarla birgə müvafiq layihələrin icrasına hər zaman dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və digər çıxış edənlər o qədər geniş yayılmasa da, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələrini onların təhsilinə, bir fərd kimi inkişafına mane olduğunu, psixoloji vəziyyətlərinə mənfi təsir göstərdiyini qeyd ediblər. Bildiriblər ki, bu istiqamətdə məktəblilər və valideynlər arasında maarifləndirilmə işlərini aparmaqla qızların təhsildən yayınmalarının qarşısını almaq mümkündür.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra tədbir iştirakçıları erkən nikah və qızların təhsildən yayınma hallarının aradan qaldırılması məqsədilə bir neçə ailə ilə görüşüb, onlara övladlarını məktəbdən uzaqlaşdırmamaları və erkən nikaha məcbur etməmələri istiqamətində müvafiq tövsiyələr veriblər.
Tehsil-press.az