Bakının 28 nömrəli tam orta məktəbində erkən nikah və qızların təhsildən yayınma hallarının aradan qaldırılması məqsədilə maarifləndirici görüş keçirilib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva bildirib ki, təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil qızların təhsilə cəlb olunmasıdır. O, qızların təhsil almasına mane olan sosial, mədəni-məişət xarakterli maneələrin, cəmiyyətdə hələ də qalmaqda olan köhnəlmiş, patriarxal təsəvvür və stereotiplərin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. İdarə müdiri BŞTİ-nin müvafiq qurumlarla birgə bu istiqamətdə maarifləndirici layihələrin icrasına hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə profilaktiki işin təşkili şöbəsinin böyük inspektoru, polis-polkovnik leytenantı Asif Məlikov qızların təhsildən uzaqlaşmasına səbəb olan erkən nikahlar, sosial-iqtisadi səbəblər və digər bu kimi meyillərin qarşısının alınması məqsədilə valideynlər arasında intensiv maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu bildiriblər. Qeyd olunub ki, gender təhsilinə, tədqiqatlarına və eləcə də valideynlər, məktəblilər arasında gender biliklərinin artırılmasına bundan sonra xüsusi diqqət yetirilməlidir.
Daha sonra mövzu ətrafında fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az