Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailələr və tələbələr arasında münasibətlər” mövzusunda psixoloqlarla silsilə görüşlər keçirilir.
İnklüziv Təhsil Mərkəzi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında imzalanmış memorandum çərçivəsində növbəti görüş Maliyyə və mühasibat fakültəsində olub.
Görüşlərin keçirilməsinin məqsədi COVID-19 pandemiyası dövründə tələbələrdə yaranan psixoloji problemlərin aradan qaldırılması və ümumi psixoloji vəziyyətin yaxşılaşdırılması, ailələr və gənclər arasında yaranan problemlər və onların aradan qaldırılması yolları olub.
Görüşdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin aparıcı mütəxəssisləri Günel Axundova, Orhan Oğulcan Aydoğan və Rəna Quliyeva ailələrin gənclərin universitet və ixtisas seçiminə təsirlərindən, eləcə də tələbə-valideyn, ailə-tələbə-karyera münasibətlərindən danışıblar.
Sonra tələbələrlə bu istiqamətdə müzakirələr aparılıb.
Tehsil-press.az