Turizm və Menecment Universitetində əmək yarmarkası təşkil edilib

Turizm və Menecment Universitetində əmək yarmarkası təşkil edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, ATMU-nun rektoru İlham Mədətov, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və digər rəhbər şəxslər iştirak edib.
Yarmarka çərçivəsində keçirilən görüşdə universitet və agentlik arasında səmərəli əməkdaşlığın qurulması, məzunların əmək bazarına çıxışını dəstəkləmək məqsədilə şəraitin yaradılması məsələləri, əmək yarmarkasının təşkilinin əhəmiyyəti və qarşıda duran başlıca vəzifələr müzakirə olunub.
Yarmarkaya ölkənin tanınmış 26 dövlət və özəl müəssisəsi tərəfindən ümumilikdə 410 boş iş yeri və təcrübə proqramları təqdim edilib.
Qeyd edək ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd ATMU məzunlarının məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, tələbələr üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.

Tehsil-press.az


Oxşar xəbərlər