Xəzər Universiteti ilə Strasburq Universitetinin əməkdaşlıq imkanları müzakirə edilib

Xəzər Universiteti ilə Strasburq Universitetinin əməkdaşlıq imkanları müzakirə edilib Xəzər Universitetinin Neft mühəndisliyi departamentinin müdiri Elşən Abdullayev Fransanın Strasburq Universitetinin elmi işçisi Matyu Şuster, həmin universitetin dosenti Qilyerme Bozetti və Azərbaycan-Fransız Universitetinin (UFAZ) neft və qaz proqramı üzrə koordinatoru Fidan Aslanzadə ilə görüşüb.
Görüşün məqsədi Qərbi-Cənubi Xəzər hövzəsinin Aşağı Pliosenin məhsuldar qatının çöküntü toplanma mühitinin öyrənilməsi üzrə Xəzər Universiteti ilə Fransa institutları arasında mümkün əməkdaşlıq məsələsini müzakirə etmək olub. Bundan əlavə, Cənubi Xəzər hövzəsinin qərbindəki neft-qaz yataqlarının geoloji modelləşdirilməsi üzrə Xəzər Universiteti, Strasburq Universiteti və UFAZ alimlərinin əməkdaşlıq edə biləcəyi tədqiqat qrupunun təşkili imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər