Bakı Xoreoqrafiya Akademiyasında Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə “Kitab ruhun qidasıdır” adlı tədbir keçirilib.
Tədbirdə Kitabxana-informasiya mərkəzinin müdiri İradə Ağayeva müəllif hüquqlarının qorunmasından, kitabların insan həyatındakı böyük rolundan danışıb.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, qurumun Vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu bildiriblər ki, kitab keçmişlə gələcək arasında əlaqə yaratmaqla, nəsillər və mədəniyyətlər arasında sirli körpüdür.
Tədbirin bədii hissəsində orta ixtisas təhsil pilləsinin xalq və klassik bölmələrinin tələbələri “Vals”, “Naz eləmə” rəqslərini təqdim edib, respublika və beynəlxalq müsabiqələr laureatı, gənclər mükafatçısı Vüsal Aydəmirov və Vaqif Mustafazadənin ifasında fortepianoda “Bayatı-Şiraz”, Şahin Musaoğlunun “Ruhun pıçıltıları” adlı albomundan “Qəlbin payızı” bəstəsi səsləndirilib. Həmçinin qiraətçi Firuzə İsmayıl Elnur Cəfərlinin tarda müşayiəti ilə şeir oxuyub.
Tehsil-press.az