Fevralın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ADPU-nun baza məktəbi olan Bakı şəhəri, Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə 14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları, tanınmış uşaq yazıçısı, Filologiya fakültəsinin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru Zahid Xəlil, uşaq ədəbiyyatı tənqidçisi, həmin kafedranın professoru Füzuli Əsgərli, Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə, həmçinin Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarına təşəkkür edib və gənclərin kitaba, ədəbiyyata, mütaliəyə marağının artmasına müsbət təsir edən belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Kitabxana-İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Zinharə Həsənova çıxış edərək ADPU-nun rəhbərliyinin təbrikini iştirakçılara çatdırıb. Z.Həsənova tədbirin təşkil edilməsinə verdiyi dəstəyə görə Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənovaya təşəkkür edib. 14 Fevral- Beynəlxalq Kitab Bağışlama Gününün yaranma tarixi haqqında danışan Z. Həsənova bildirib ki, bu, təqvim ən yeni təqvimlərdən biridir. Belə ki, bu təqvim 2012-ci ildə yaranıb və ABŞ-da məşhur uşaq kitab saytının yaradıcısı Emmi Brodmorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. 2013-cü ildən bu günü bir çox ölkələr qeyd etməyə başlayıblar. Həmin vaxtdan bu təşəbbüs bütün dünyada dəstək qazanıb və yenə də geniş dəstək alır. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb. 14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü son illər ölkəmizdə də qeyd olunur. Bu isə uşaqlarda kitaba sevgi, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.
Professor Z. Xəlil, professor F.Əsgərli çıxış edərək tədbirin gənc nəslin mütaliə mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Məktəbin şagirdlərinin səsləndirdikləri şeirlər tədbirə xüsusi ovqat qatıb.
Sonda müəllimlərə və şagirdlərə kitablar hədiyyə edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi