Azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində açılan cinayət işi ilə bağlı açıqlama verib.
Əsgərov nasizmi reabilitasiya etmək ittihamlarını rədd edib.
Əsgərov bildirib ki, cinayət işinin açılmasına səbəb olan paylaşımındakı bütün sözlərində böhtan, yalan, nasizmin reabilitasiyası yoxdur. “Heç olmasa Vikipediyada hər şeyi yoxlamaq olar. Onların xəstə fantaziyası var”, - deyə Əsgərov bildirib.
Jurnalist bildirib ki, o, “çox uzun müddətdir” Rusiyada olmayıb və geri qayıtmaq fikrində deyil.
Əsgərov bundan əvvəlki açıqlamasında isə cinayət işi ilə bağlı yayılan məlumatlara “Onlara görə sevinirəm, heç nəyə şərh verməyəcəyəm, bu barədə heç nə bilmirəm” sözləri ilə şərh verib.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (“Nasizmin reabilitasiyası”) ilə cinayət işi açıb. Qeyd olunur ki, Əsgərov bundan əvvəl sosial şəbəkələrdə öz səhifəsində rus komandiri, Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onun xatirəsini ləkələyən qəsdən yalan məlumatlar dərc edib.
Tehsil-press.az