BDU-da beynəlxalq layihə çərçivəsində görüş

BDU-da beynəlxalq layihə çərçivəsində görüş Bakı Dövlət Universitetində (BDU) “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində görüş olub.
Görüşdə rektor Elçin Babayev universitetdə təhsil, tədqiqat, innovasiya və elmi biliklərin daha da artırılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, BDU-da elmi tədqiqat nəticələrinin inkişaf etdirilməsi, laboratoriyaların infrastrukturunun yaxşılaşdırılması və digər elmi müəssisələr ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Layihənin meneceri Martin Feliks Qajdusek əsas məqsədin ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarət olduğunu bildirib.
Layihənin ekspertləri Krzysztof Qulda və Sevil İmanova tədqiqat, ixtira və innovasiya sahəsində beynəlxalq təcrübə, həyata keçiriləcək işlər barədə ətraflı məlumat veriblər.
Sonra tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi üçün danışıqlar aparılıb.
Qeyd edək ki, Avropa İttifaqı və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanlar yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması nəzərdə tutulur. Layihə 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər olan dövrü əhatə edir.

Tehsil-press.az

Oxşar xəbərlər