BSU-da yeni təlim-tədris ərkəzinin açılışı olub

BSU-da yeni təlim-tədris ərkəzinin açılışı olub Dekabrın 31-də Bakı Slavyan Universitetində ERASMUS+ PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində yaradılmış təlim-tədris mərkəzinin açılışı olub.
Açılış mərasimində yeni yaradılmış təlim-tədris mərkəzinin qarşısında qırmızı lent kəsilib.
Tədbirin əvvəlində giriş sözü ilə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, Azərbaycanın qabaqcıl universitetlərində dünya təhsil sisteminə, xüsusən də Avropa təhsil məkanına inteqrasiya, tədris prosesinin qabaqcıl təcrübədən faydalanmaqla təkmilləşdirilməsi məqsədilə bir sıra uğurlu layihələr həyata keçirilir. O qeyd edib ki, Bakı Slavyan Universitetində hal hazırda həyata keçirilən belə layihələrdən biri də ERASMUS+ PETRA layihəsidir: “Bu layihə çərçivəsində yaradılmış və bu gündən etibarən fəaliyyətə başlayacaq təlim – tədris mərkəzinin açılışına toplaşmışıq. Mərkəz Bakı Slavyan Universitetinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək”. Rektor bildirib ki, mərkəz tərəfindən müəllim və tələbə heyəti üçün zəruri təlim-seminarlar, işə yeni başlayan müəllimlərin universitet həyatına adaptasiya olması, magistrant , o cümlədən doktorantlar üçün uğurlu elmi tədqiqat işinin təşkili və yerinə yetirilməsinin metodlarına həsr olunan kursların təşkili təmin ediləcək. O deyib ki, Avropa İttifaqının dəstəyi ilə təlim və tədris mərkəzini təchiz etmək üçün nəzərdə tutulan zəruri avadanlıq alınaraq lazımi qaydada quraşdırılıb. Rektor bildirib ki, Bakı Slavyan Universiteti layihəyə qoşulduğu müddətdə universitetin əməkdaşları Türkiyənin Qazi, Avstriyanın Viyena Tətbiqi Elmlər Universiteti, Finlandiyanın Yuvaskyla və İspaniyanın Valensia Politexnik universitetlərində müvafiq təlim, seminar və konfranslarda da iştirak edərək Avropa universitetlərinin təcrübəsindən yararlanıblar. Bundan əlavə universitet əməkdaşları layihə ilə əlaqədar Xəzər Universitetində təşkil olunmuş seminar və konfransda iştirak edblər.
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov layihənin mahiyyəti və gələcək planlar barədə məlumat verib. O bildirib ki, Bakı Slavyan Universiteti ERASMUS+ PETRA layihəsinə tərəfdaş universitet olaraq 2017-ci ilin iyul ayından qoşulub. R.Novruzov deyib: “Layihənin böyük hədəfi Azərbaycanda tədris və təlimdə mükəmməliyin təşviq olunmasıdır. Başlangıc, inkişaf, yayılma, istismar mərhələsindən ibarət olan layihə Azərbaycanın Bakı Slavyan Universiteti də daxil olmaqla 5 dövlət və 2 özəl universitetlərini təlim və tədrisin keyfiyyətinin təkmilləşdirilməsi üçün hədəf seçib. Universitetimiz başlanğıc mərhələsini keçmiş, hal-hazırda inkişaf mərhələsindədir. Layihə üzrə nəzərdə tutulduğu kimi işçi qrupu yaradılıb, onun tərkibi universitetin rektoru tərəfindən təsdiq edilib. Bu gündən isə yayılma, yəni mübadilə mərhələsi başlanır”.
Sonra söz alan BSU-nun İngilis filologiyası kafedrasının baş müəllimi, layihənin işçi qrupunun tədqiqatçısı Natavan Babayeva yeni yaradılmış təlim-tədris mərkəzinin qarşıya qoyduğu məqsəd, nəzərdə tutulan planlar, layihə çərçivəsində nəzərdə tutulmuş kurslar, treninqlər və seminarlar barədə barədə ətraflı məlumat verib. N.Babayeva bildirib ki, təlim və tədris mərkəzini təchiz etmək üçün nəzərdə tutulan zəruri avadanlıq - 10 ədəd personal kompüter, 10 ədəd planşet, 10 ədəd notbuk, proyektor və ağıllı lövhələr Avropa İttifaqının dəstəyi ilə alınıb və quraşdırılıb.
Açılış mərasimiin ardından iştirakçılar layihə çərçivəsində keçiriləcək seminar və treninqlər üçün müasir standartlara uyğun yaradılmış auditoriya ilə tanış olublar.

BSU-nun Mətbuat Xidməti


BSU-da yeni təlim-tədris ərkəzinin açılışı olubBSU-da yeni təlim-tədris ərkəzinin açılışı olubBSU-da yeni təlim-tədris ərkəzinin açılışı olub

Oxşar xəbərlər