ADNSU-da Gənc Tədqiqatçı və Doktorantların Elmi Konfransı yekunlaşıb

ADNSU-da Gənc Tədqiqatçı və Doktorantların Elmi Konfransı yekunlaşıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Gənc Tədqiqatçı və Doktorantların Elmi Konfransının bağlanış mərasimi keçirilib.
Tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı cəmiyyətdə elmin, təhsilin mühüm rolundan danışıb, bu sahədə yüksək nəticələr əldə olunmasının əhəmiyyətini vurğulayıb.
Sonra bölmələr üzrə sədrlərin hesabatları dinlənilib.
Konfransa təqdim olunan 122 tezisdən 105-i qəbul edilib. Tezislər Azərbaycan, rus və ingilis dillərində olub.

Tehsil-press.az


Oxşar xəbərlər