Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Saleh Qocayevin anadan olmasının 120 illiyinə həsr edilmiş tələbələrin 68-ci elmi-texniki konfransı başa çatıb.
Bağlanış mərasimində çıxış edən universitetin rektoru, professor Mustafa Babanlı konfransın əhəmiyyətindən danışıb və nəticələrlə bağlı fikirlərini diqqətə çatdırıb. Dörd bölmə üzrə bir neçə mühazirədə iştirak etdiyini deyən rektor daha yüksək nəticələr üçün yaxşı hazırlıq işlərinin görülməsinin vacibliyini qeyd edib.
Sonra bölmələr üzrə sədrlərin hesabatları dinlənilib. Qeyd edilib ki, ümumilikdə nəzərdə tutulmuş 406 tezisdən 300-ü birinci mərhələni keçib.
Konfransın sonunda uğur qazanan tələbələr mükafatlandırılıb. Yekunda 65 nəfərə diplom verilib. Onlardan 16-sı birinci, 21-i ikinci, 16-sı üçüncü və 12-si həvəsləndirici yerləri qazanıb.
Universitetin birinci yerə layiq görülmüş tələbəsi Elnur Əlizadə çıxış edərək konfrans haqqında təəssüratlarını bildirib.
Tehsil-press.az