AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) icraçı direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi-tədqiqat müəssisələrinin akkreditasiya prosesinin gücləndirilməsi”nə həsr olunmuş layihədə iştirak edib.
Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində “İBF” şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilib. Layihənin iştirakçılarına təlim Axim Hopbax, Emil Əsgərov və Elçin Hacıyev tərəfindən tədris olunub. Axim Hopbax elmi müəssisələrin akkreditasiyadan keçməsi üçün “daxili keyfiyyət təminatı prosesi qaydaları”nın məqsəd, vəzifələri və əhəmiyyəti barədə ətraflı çıxış edib. O, akkreditasiya tələbləri, strukturu, əsaslandırılması, tədqiqat proqramı və fəaliyyəti, keyfiyyət göstəriciləri, tədqiqat nəticələri, doktorantura təhsili, proqramlar üçün əlavə meyarlar haqqında geniş danışıb.
Tədbirdə akkreditasiyanın aparılması üçün müraciət etmiş müəssisənin məsul şəxsləri ilə ekspert şurasının üzvlərinin görüşü zamanı hansı etik qaydalara əməl olunması, ekspert şurası və onun sədrinin rolu və məsuliyyətləri, müsahibənin məqsədi, sualların qoyulma tərzi haqqında məlumat verilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Tehsil-press.az