Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev: Azərbaycanda dirçəlişə, keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüş mərhələsinin başlanğıcını qoyan düha” adlı tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin deputatı, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxış edərək müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, irimiqyaslı layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, ümummilli lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafı üçün çalışıb, millətimiz, xalqımız üçün əlindən gələni əsirgəməyib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər, təhsil və elm siyasətindən, bu sahədə qazanılan mühüm uğurlardan bəhs edib.
Milli Məclisin deputatı Naqif Həmzəyev çıxışında Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğunu, sabitliyin bərqərar olduğunu, xarici siyasətdə böyük uğurlar qazanıldığını vurğulayıb.
Sonda Ümummilli Liderə həsr olunmuş videoçarx izlənilib.
Tehsil-press.az