BSU-da ulu öndər Heydər Əliyevə həsr olunan beynəlxalq simpoziumun bağlanış mərasimi olub

BSU-da ulu öndər Heydər Əliyevə həsr olunan beynəlxalq simpoziumun bağlanış mərasimi olub Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpoziumun bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin Elmi İşlər üzrə prorektoru Rafiq Novruzov çıxışında bölmələrdə müxtəlif istiqamətlər üzrə geniş və maraqlı müzakirələr aparıldığını vurğulayıb.
Sonra simpoziumun bölmə rəhbərlərinin hesabatları dinlənilib.
Tədbirdə nümayiş olunacaq “Qisas almadan ölmə” filminin rejissoru Oqtay Mirqasımov Azərbaycan və Almaniya əlaqələrinin tarixi bağlarından, konfrans filmin ərsəyə gəlməsindən söz açıb.
Bağlanış mərasimindən sonra simpozium iştirakçıları Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filmini izləyiblər.

Tehsil-press.az


Oxşar xəbərlər