Dünyada ən çox türk hansı ölkədə yaşayır?

Dünyada ən çox türk hansı ölkədə yaşayır? Açıq mənbələrə görə, dünyada 350 milyondan çox türk yaşayır. Türkiyəli professor Musa Daşdələn Hindistanda 100 milyona yaxın türk olduğunu bildirib. Onun fikrincə, ən çox türk məhz Hindistanda yaşayır. Bəzi məlumatlara görə, ikinci ən çox türk xalqının yaşadığı ölkə Çindir - 80 milyon.
Bu barədə danışan türkoloq, Azərbaycanın sabiq təhsil naziri, professor Firudin Cəlilov bildirib ki, bu gün ən çox türk yaşadığı ölkə elə Türkiyədir:
“Türkiyədə təxminən 70 milyon türk yaşayır. İkinci ən çox türklərin yaşadığı ölkə Azərbaycandır. Şimal və Cənubi Azərbaycan. Şimali Azərbaycanda 10 milyon, Cənubi Azərbaycanda isə təxminən 40 milyon türk var. Təkcə Tehran şəhərində 7 milyon türk yaşayır. Türkiyə, Azərbaycan və İranda ümumilikdə 120 milyona yaxın türk yaşayır.
Daha sonra Orta Asiya - Qazaxıstan, Şərqi Türküstan (Çinin tərkibində olan uyğurlar), Özbəkistan, Türkmənistan və Qırğızıstan gəlir. Orta Asiya ölkələrinin ardınca ən çox türk yaşayan ərazi Tatarıstandır. Burada rəsmi 6 milyon türkün yaşadığı deyilir. Amma Həştərxanda, Sibirdə də tatarlar yaşayır. Təxminən sayları 10 milyondur. Bir milyon türk Başqırdıstanda, bir milyon türk isə Yakutiyadadır. Altayda Baykal gölü tərəfdə yaşayan türklərin sayı isə çox azdır. Onlar dillərini dəyişiblər ruslaşıblar”.
Hindistana gəlincə isə professor qeyd edib ki, orda hazırda o qədər də türk yaşamır:
“Qədimdə orda türklərin sayı çox olub. Amma indi orda qalan türklər hindləşiblər. Türk adətlərindən, dilindən uzaqlaşıblar, assimilyasiya olublar”.

Tehsil-press.az



Oxşar xəbərlər