Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyası (ŞÖBMA), Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsi (BMAM) və Azərbaycan Memarlar İttifaqının (AMİ) birgə təşkilatçılığı ilə “Açıq səma altında muzeylər” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdə ŞÖBMA-nın vitse-prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin həqiqi üzvü və Bakı Akademik Mərkəzinin rəhbəri, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar, professor Elbay Qasımzadə beynəlxalq konfransa bir sıra qardaş ölkələrdən qonaqlar qatıldığını diqqətə çatdırıb.
Professor Elbay Qasımzadə Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) yaranma tarixindən bəhs edərək, qurumun 1992-ci ildə görkəmli Azərbaycan və sovet memarı, SSRİ Xalq memarı, Sosialist Əməyi Qəhrəmanı adını almış yeganə memar, akademik Mikayıl Hüseynovun təşəbbüsü ilə təsis edildiyini xatırladıb. Qeyd edib ki, uzun illərdən bəri fəaliyyət göstərən Beynəlxalq Memarlıq Akademiyası Avropa ölkələri və Sovet İttifaqı respublikalarını müvafiq sahənin inkişafı üçün bir araya gətirir. “Akademik Mikayıl Hüseynov ŞÖBMA-nın yaradılması zəruriliyini də məhz bununla əsaslandırırdı. O, müvafiq qurumun Şərq ölkələrini birləşdirəcəyinə, dünya memarlıq elmini yeni əsərlər, tədqiqatlar və nailiyyətlərlə zənginləşdirəcəyinə inanırdı”, - deyə Elbay Qasımzadə bildirib.
Keçmiş prezidentlərin sağlamlıq vəziyyəti, yaranmış bir sıra maliyyə xarakterli çətinliklərin akademiyanın fəaliyyətinə mənfi təsir göstərdiyini söyləyən Elbay Qasımzadə qurumun müəyyən illərdə durğunluq dövrü yaşadığını qeyd edib. Sədr artıq akademiyanın fəaliyyətinin gücləndiriləcəyini, bu kimi yüksək səviyyədə təşkil olunan toplantıların mütəmadi olaraq keçiriləcəyini bildirib.
Professor Elbay Qasımzadə cari ilin payız aylarında hibrid formatda akademiyanın Ümumi yığıncağının təşkilinin nəzərdə tutulduğunu söyləyib. O, bu kimi tədbirlərin qurumun fəaliyyətinin gücləndirilməsi, Şərq ölkələri memarlarının beynəlxalq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi, qədim ənənələrə malik Şərq memarlığının tərəqqisi, eləcə də memarlıq elminin layiq olduğu mövqeyə yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.
Sonra Rusiyanın Xalq memarı, BMAM-ın prezidenti akademik Andrey Bokov maddi-mənəvi dəyərlərin saxlanıldığı və qorunduğu muzeylərin mədəniyyətlərin qurulmasında xüsusi rol oynadığını diqqətə çatdırıb. Andrey Bokov açıq muzeylərin qorunub saxlanılmasının əhəmiyyətindən bəhs edərək, burada saxlanılan hər bir tarixi və bədii əhəmiyyət kəsb edən eksponatın mənsub olduğu xalqın tarixini, qədimliyini və milliliyini əks etdirdiyini vurğulayıb. O, dünyanın bir çox ölkələrində bu günümüzədək gəlib çatmış müxtəlif mövzuda açıq səma altında muzeylərin fəaliyyət göstərdiyini qeyd edib.
Bu muzeylərin təşkil olunması ideyasının tarixinin bir neçə əsr öncəyə gedib çıxdığını deyən BMAM-ın prezidenti bildirib ki, tarixin müəyyən məqamını özündə yaşadan, keçmişdən bu günə, bu gündən gələcəyə körpü rolunu oynayan bu muzeylərdə ötən əsrlərin tarixi hadisələrindən xəbər verən eksponatlar sərgilənir.
Akademik Andrey Bokov hazırda yaşadığımız informasiya cəmiyyətində, rəqəmsal texnologiyalar əsrində tarixi abidələrin də elektron mühitə inteqrasiya olunduğunu, açıq havada fəaliyyət göstərən muzeylərin yeni modellərinin yarandığını bildirib. O, əhəmiyyətli məsələlərə həsr olunmuş konfransın işinə uğurlar arzulayıb, bu başlanğıcın gələcək əməkdaşlıqlar üçün yeni imkanlar açacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən ŞÖBMA və BMAM-ın həqiqi üzvü, Əməkdar memar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova “Açıq səma altında muzeylər” mövzusunun memarlıq abidələri ilə zəngin olan ölkəmiz üçün çox aktual olduğunu diqqətə çatdırıb. Bildirib ki, memarlıq abidələrinin qorunması və bərpası problemləri Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir.
“Uzun illər işğal altında olmuş tarixi torpaqlarımızda abidələrimizə ciddi ziyan dəymişdir ki, bu da Azərbaycan alimləri qarşısında bir sıra mühüm vəzifələr qoyur. Hazırda yalnız mədəni irsimizi bərpa və mühafizə etmək haqqında deyil, həm də onu mədəniyyətimizi dünyaya tanıtmaq üçün daha yaxşı nümayiş etdirmək barədə düşünməliyik”, - deyə Gülçöhrə Məmmədova əlavə edib.
Memarlıq abidələrimizin sovet dövründə dərindən tədqiq olunmadığını təəssüflə qeyd edən rektor işğaldan azad olunmuş ərazilərdə yerləşən abidələrin daha dərindən araşdırılmasının zəruriliyinə toxunub: “Memarlıq abidələrinin tədqiqi, bərpası və mühafizəsinə müasir yanaşma öncəkindən bir qədər fərqlənir. Azərbaycan alimləri müasir tələblərə cavab verən əsaslı tədqiqatlar aparmalı, bu işə gənc kadrları cəlb etməlidirlər. Mədəni irsimizin inkişaf tarixi, memarlıq abidələrimizin milli mənsubiyyəti və s. haqda dünya elmi ictimaiyyətini düzgün məlumatlandırmalıyıq”.
Onun sözlərinə görə, Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən məsələ olaraq qalır. Tariximizin, mədəniyyət və mənəviyyat abidələrimizin yenidən bərpası bir vətəndaşlıq borcu kimi hər birimizin, xüsusilə də gənc nəslin üzərinə düşür.
Professor Gülçöhrə Məmmədova beynəlxalq konfransın təşkilində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib, tədbirdə aparılan müzakirələr zamanı ortaya çıxan yeni ideya və təkliflərin Azərbaycan memarlıq elminə töhfələr verəcəyinə inamını bildirib.
Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, ŞÖBMA-nın həqiqi üzvü, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə rəhbərlik etdiyi institutda açıq səma altında muzeylərlə bağlı ciddi tədqiqatlar aparıldığını deyib. Alim hər bir memarlıq abidəsinin açıq səma altında muzey kimi qiymətləndirilmə potensialına malik olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, buna baxmayaraq, bu muzeylərin böyük bir qismi muzeyləşdirilməyib. O, hazırda postmodern dövrü üçün xarakterik olan muzeyləşdirmə epoxasının yaşandığını deyib, bunun mənfi və müsbət cəhətlərindən bəhs edib.
Professor Ərtegin Salamzadə Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə Şuşa şəhərində açıq səma altında muzeylərin təşkili üçün geniş imkanlar yarandığını vurğulayıb.
Zamanın axını ilə uyğunlaşmağın aktualizm, futurizm və digər üsulları olduğunu deyən direktor bugünkü konfransın bunlar arasından ən doğrusunun müəyyən edilməsində xüsusi rolu olacağına ümidvar olduğunu bildirib.
Daha sonra konfrans işini plenar iclaslarla davam etdirib.
Tədbirdə “Tarixi-arxeoloji komplekslər Azərbaycanın mədəni irsi kontekstində”, “Xudafərin körpülərinin bərpası üçün memarlıq icmalı”, “Sarazm - Orta Asiyanın dağətəyi ərazilərinin ən qədim şəhəri”, “Qala kəndinin dini tikililəri “açıq səma altında” muzey eksponatları kimi” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Tehsil-press.az