ADU-nun müəllimləri rumıniyalı həmkarları ilə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar

ADU-nun müəllimləri rumıniyalı həmkarları ilə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının əməkdaşları - dosent Sevil Qurbanova və baş müəllimi Gülnarə Hacıyeva “Erasmus” layihəsi çərçivəsində Rumıniyanın Luçian Blaqa Universitetində olublar.
ADU-nun əməkdaşları Luçian Blaqa Universitetinin İngilis və almanşünaslıq fakültəsinin dekanı və fakültənin nəzdində olan kafedraların müdirləri və müəllimləri ilə görüşüblər. Görüşdə onlar gələcək layihələrin, birgə konfransların, müəllim və tələbə mübadiləsinin təşkil edilməsi və gələcək səmərəli əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar.
ADU-nun müəllimləri Luçian Blaqa Universitetində xarici dil dərslərini müşahidə ediblər, fakültənin tələbələrinə xarici dilin tədrisində innovativ metodlarla bağlı təlimlər keçiblər. Təlimlərdə tələbələrə Azərbaycan tarixi, mədəniyyəti və təhsili haqqında məlumat verilib.
Dillər Universitetinin əməkdaşlarına Rumıniya universitetinin rəhbərliyi tərəfindən sertifikatlar verilib.
Qeyd edək ki, səfərin əsas məqsədi təlim və təhsildə innovativ metodlarla tədrisin təşkili, beynəlxalq təcrübənin öyrənilməsi və universitetlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

Tehsil-press.az


Oxşar xəbərlər