Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “2017-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Riçard Taler və onun davranış iqtisadına töhfələri” mövzusunda elmi seminar keçirilib.
Seminarda rektorun müşaviri, dosent Elşən Bağırzadə R.Talerin “Arzuolunmaz davranış: davranış iqtisadının formalaşması” kitabının Azərbaycan dilinə tərcümə olunması istiqamətində Nobel mükafatçısı ilə danışıqlar aparıldığını bildirib. Kitabın Azərbaycanda davranış iqtisadını araşdıran tədqiqatçılara töhfə olacağını deyən E.Bağırzadə UNEC-də bu istiqamətdə tərcümələrin davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonra ABŞ-ın PBS kanalının R.Talerlə hazırladığı reportaj Azərbaycan dilində nümayiş olunub.
Universitetin nəzəri və praktiki iqtisadiyyat kafedrasının müdiri, professor Ümidvar Əliyev “R.Taler və davranış iqtisadına verdiyi töhfələr” mövzusunda təqdimatla çıxış edib. Professor çıxışında R.Talerin davranış iqtisadına verdiyi töhfələri şərh edib.
UNEC-in Mətbuat Xidməti