UNEC Kitabxana-İnformasiya Mərkəzi vebinar keçirəcək

UNEC Kitabxana-İnformasiya Mərkəzi vebinar keçirəcək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə mayın 23-də “Dördüncü Sənaye İnqilabı dövründə akademik kitabxanaların fəaliyyət istiqamətləri (Türkiyə təcrübəsi)” mövzusunda vebinar keçiriləcək.
Vebinarda Türkiyə universitetlərindən aparıcı mütəxəssislər Dördüncü Sənaye İnqilabı dövründə Türkiyənin qabaqcıl akademik kitabxanalarının fəaliyyəti, kitabxana proseslərində yeni texnoloji həllər, beynəlxalq məlumat bazaları və onların kitabxanalar arasında ortaq istifadəsi məsələləri, kitabxanalarda bibliometrik və elmmetrik tədqiqatlar, yeni kitabxana xidmətlərinin tətbiqi və digər maraqlı mövzularla çıxış edəcəklər.
Vebinarı UNEC-in rəsmi feysbuk səhifəsində və yutub kanalında izləmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər