BDU-nun “Gənc istedadlar” liseyində “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil edilib

BDU-nun “Gənc istedadlar” liseyində “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil edilib Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin və “BDU könüllüləri”nin birgə təşəbbüsü ilə liseyin 6-cı sinif şagirdləri arasında “Şuşa İli”nə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
İki tur, 30 sualdan ibarət olan oyunun suallarını Kitabxanaçılıq-informasiya fakültəsi üzrə könüllülərin sədr müavini Nazənin Tağızadə səsləndirib. Oyunda 4 komanda iştirak edib.
Yarışda I yeri “Ulduz”, II yeri “Young Talents” komandası qazanıb. Oyunun sonunda qalib komanda üzvləri sertifikatlarla təltif olunub.

Tehsil-press.az


Oxşar xəbərlər