“SABAH Magistratura” tələbələri Şirvan STEAM Mərkəzində olublar

“SABAH Magistratura” tələbələri Şirvan STEAM Mərkəzində olublar Təhsil İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “SABAH Magistratura” proqramının təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə təhsil alan tələbələri Şirvan STEAM Mərkəzində təlimdə olublar.
Təlim zamanı tələbələrə “STEAM Azərbaycan” layihəsinin tətbiqi, bu dövr ərzində görülmüş işlər, hədəf və inkişaf strategiyası haqqında geniş məlumat verilib. Həmçinin layihə çərçivəsində Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin nəzdində yaradılmış STEAM Mərkəzinin fəaliyyətinin ümumi prinsipləri, məqsədi və əldə olunan nəticələr barədə ətraflı danışılıb.
“Science” fəaliyyət zonasında avadanlıqlar və həyata keçirilə biləcək layihələr haqqında məlumat verilib. “Art” fəaliyyət sahəsində mövcud layihələrlə tanış olduqdan sonra tələbələr onların vasitəsilə yaradıcı imkanların inkişafı barədə məlumat əldə ediblər. “Robotics zone” sahəsində isə tələbələr müxtəlif robotların tətbiq sahələrini öyrəniblər. Təhsilalanlar CNC və 3D printerlər və onlar vasitəsilə hazırlanmış layihələrlə tanış olublar, eyni zamanda, VR (Virtual Reality) texnologiyaların tədris prosesinə tətbiqi ilə bağlı məlumatlandırılıblar.
İştirakçıların ən çox marağına səbəb olan dron fəaliyyət zonasında müxtəlif dronlar və onların tətbiq sahələri haqqında məlumat verilib. Sonda dronların idarə olunması üzrə tələbələrlə praktiki fəaliyyət həyata keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər