Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Dördüncü Sənaye İnqilabı dövründə akademik kitabxanaların fəaliyyət istiqamətləri (Türkiyə təcrübəsi)” mövzusunda vebinar keçirilib.
Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayevanın moderator olduğu vebinarda Türkiyənin Mərmərə Universiteti, Yozgat Bozok Universiteti, Kastamonu Universiteti, Ankara Hacı Bayram Vəli Universiteti, Artvin Çoruh Universiteti, Boğaziçi Universiteti və Azərbaycandan ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali təhsil müəssisələrinin kitabxana rəhbərləri, kitabxana mütəxəssisləri iştirak ediblər.
Vebinarda qabaqcıl Türkiyə universitetlərinin mütəxəssislərinin, kitabxana rəhbərlərinin təqdimatında Dördüncü Sənaye İnqilabının kitabxana işinə və kitabxanaların fəaliyyətinə təsiri dəyərləndirilib. Tədbirdə kitabxanalarda tətbiq edilən texnoloji innovasiyalar, robot və kibersistemlərin idarə etdiyi smart kitabxanaların formalaşdırılması, “Big Data”ların kitabxanalarda istifadəsi və analitik təhlillərin aparılması, ölkədaxili və beynəlxalq kitabxanalararası resurs mübadiləsinin təşkili kimi məsələlər üzrə müzakirələr aparılıb. Qeyd edilib ki, Dördüncü Sənaye İnqilabı dövründə Türkiyə kitabxanalarında həyata keçirilən innovasiyaların öyrənilməsi Azərbaycan kitabxanalarının gələcək fəaliyyətində faydalı olacaq.
Tehsil-press.az