ADNSU-da özfəaliyyət kollektivlərinə baxış konserti olub

ADNSU-da özfəaliyyət kollektivlərinə baxış konserti olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalına hazırlıq məqsədilə özfəaliyyət kollektivlərinə baxış konserti olub.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən festival Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən keçirilir.
Tələbələrin çıxışlarını Xalq artistləri Mübariz Tağıyev, Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu və digər incəsənət nümayəndələri qiymətləndiriblər.
ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən konsertdə tələbələrin ifasında müxtəlif rəqs, musiqi nömrələri təqdim olunub, şeirlər səsləndirilib. Həmçinin universitetin “Gənclik” mahnı və rəqs ansamblı çıxış edib. Sonda “Yaşa, Azərbaycan” mahnısı ifa olunub.
Mayın 6-da festival qaliblərinin yekun konserti keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər