Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı Konya Texniki Universitetinin rektoru professor Babür Özçeliklə görüşüb.
Görüşdə təhsil sahəsində görüləcək işlərdən, təhsil və tədrisin keyfiyyətinin qaldırılması istiqamətində əldə olunan yeniliklərdən danışılıb. Həmçinin mübadilə proqramlarının tətbiqi, iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədilə memorandum imzalayıblar.
Tehsil-press.az