Venesuelada inflyasiya 2000 faizi keçəcək

Venesuelada inflyasiya 2000 faizi keçəcək Bu ilin yanvarından noyabrınadək Venesuelada qiymətlər 1369 faiz artmışdır. Bu barədə müxalifətin başçılıq etdiyi ölkə Konqresi məlumat vermişdir.
Ötən ay ölkədə qiymətlər 56,7 faiz artmışdır. Hesablamalara görə, 2017-ci ildə inflyasiya 2000 faizi ötəcək.
Müxalifətin nümayəndəsi Anhel Alvaradonun dediyinə görə, onsuz da xeyli əziyyət çəkmiş əhalini daha böyük yoxsulluq və aclıq gözləyir.
Ötən ildən bəri Mərkəzi Bank inflyasiya barədə rəqəmləri açıqlamır. Ölkə Prezidenti Nikolas Maduro iddia edir ki, biznesin liderləri onun hökumətində qeyri-sabitlik yaratmaq üçün qiymətləri özbaşına şişirdirlər. Tənqidçilərin fikrincə, pul kütləsinin nəzarət olunmayan şəkildə böyüməsi bolivarın kursunun aşağı düşməsinə gətirib çıxarmışdır. İqtisadçılar hiperinflyasiyadan danışırlar. Bu, qiymətlərin aylıq artımı 50 faizə çatanda baş verir. Venesuelada isə son üç il ərzində illik inflyasiya üçrəqəmli ədəddən çox olmuşdur.
Bir vaxtlar OPEC-in üzvü olan ölkənin çiçəklənən sosialist iqtisadiyyatı 2014-cü ildə neftin qiyməti aşağı düşdükdən sonra dağılmışdır. Nəticədə milyonlarla adam həyat üçün lazım olan ərzaq və dəva-dərman kimi əsas malları tapa bilmirlər. Öz növbəsində Maduro müxalifəti “iqtisadi müharibə”də ittiham edir.

Tehsil-press.az



Oxşar xəbərlər